Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

09.10.2010

Oktyabrın 10-da saat 14.10 radələrində Qaradağ rayonu ərazisində Elnur Kərimovun idarə etdiyi "Hyundai" markalı avtomaşınla Qobustan qəsəbə sakini  Nurbala Babayevin 155 №-li xətt üzrə idarə etdiyi "Mercedes-410" markalı mikroavtobus toqquşmuşlar.
Nəticədə E.Kərimovun sərnişinlərindən anası Vəzifə Kərimova hadisə yerində ölmüş, xəsarət almış hər 2 sürücü və E.Kərimovun digər sərnişini, arvadı İlahə, habelə N.Babayevin sərnişinləri, Sahil qəsəbə sakinləri İlahə Mirzəyeva, Akif Daşdiyev, onun arvadı Səidə, Mərcan Yusifova, onun gəlini Svetlana, nəvələri İlahə və Gülnar xəstəxanaya yerləşdirilmişlər.
İ.Kərimovanın vəziyyəti ağır, E.Kərimovun, N.Babayevin və A.Daşdiyevin vəziyyətləri qənaətbəxş, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

09.10.2010 tarixinə olan kriminal məlumatlar