Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 37 cinayət faktı qeydə alınmışdır

05.10.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 37 cinayət faktı qeydə alınmış, onların da 16-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.
  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdır.
  • 2 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 3 nəfər yaralanmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.

05.10.2010 tarixinə olan kriminal məlumatlar