Masallı rayon Ərkivan kənd sakinlərinin həyətyanı sahələrindən 25 ədəd xaş-xaş kolu aşkar edilərək götürülmüşdür
20.05.2006Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Ərkivan kənd sakinləri Yasər Abbasovun və Böyükağa Cəbrayılovun həyətyanı sahələrində kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 350 qram olan 13 ədəd və çəkisi 800 qram olan 12 ədəd xaş-xaş kolu aşkar edilərək götürülmüşdür.