Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Biləsuvar rayonundakı 10 saylı qəsəbənin ərazisində yol-nəqliyyat hadisəsi

29.09.2010

Sentyabrın 30-da saat 21.00 radələrində Biləsuvar rayonundakı 10 saylı qəsəbənin ərazisində Cəbrayıl rayon sakini Şafahat Atalıyevin idarə etdiyi "VAZ-2106" markalı və Xocavənd rayon sakini Vidadi Səfiyevin idarə etdiyi "QAZ-24" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Ş.Atalıyev və sərnişinlərindən Cəbrayıl rayon sakini Şaiq Əmiraslanov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinlər Saleh Şükürov və Ağdam rayon sakini Teymur Quliyev, habelə V.Səfiyev xəstəxanaya yerləşdirilmişlər.
Cəbrayıl RPŞ tərəfindən araşdırma aparılır.

29.09.2010 tarixinə olan kriminal məlumatlar