Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İlqar Həsrətov və Kamil Dadaşov tutulmuşlar

29.09.2010

Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də İbrahim Hüseynovun mağazasından oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İlqar Həsrətov və əvvəllər məhkum olunmuş Kamil Dadaşov tutulmuşlar.
İ.Həsrətovun və K.Dadaşovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların sentyabr ayı ərzində Bakı şəhər sakinləri Malik Xudiyevə, Tural Yusifova, Cahid Abdulova məxsus məişət əşyalarını oğurlamaları, habelə Tofiq Muradova və Dilbər Həsənovaya məxsus ofis və mağazadan oğurluğa cəhd göstərmələri müəyyən edilmişdir.

29.09.2010 tarixinə olan kriminal məlumatlar