Gün ərzində 21 cinayət faktı qeydə alınmışdır
21.05.2006Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 21 cinayət faktı qeydə alınmışdır ki, onların da 16-ı "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır. Gün ərzində 2 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.