Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitə götürülmüşdür

27.09.2010

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Mirzəyevdən 81,816 qram heroin götürülmüşdür. Aparılmış əməliyyat tədbirləri nəticəsində M.Mirzəyevə narkotik vasitəni satmış Bakı şəhərində kirayədə yaşayan Qazax rayon sakini Rəfiqə Əliyeva tutulmuşdur.
R.Əliyevanın mənzilinə baxış keçirilmiş və 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülmüşdür.

27.09.2010 tarixinə olan kriminal məlumatlar