Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Fərzəli Məmmədovun ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsinin Cahandar Feyzullayev tərəfindən törədilməsi müəyyən edilmişdir

27.09.2010

Sentyabrın 27-də Nizami rayonu ərazisindəki H.Əliyev prospektində müəyyən edilməmiş avtomaşınla 45-50 yaşlı kişi vurulmuşdur. Nəticədə xəsarət almış həmin kişi sentabrın 28-də xəstəxanada ölmüşdür.
Aparılmış əməliyyat tədbirləri nəticəsində onun Bakı şəhər sakini Fərzəli Məmmədov olması müəyyən edilmişdir.
DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər Xidməti və Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində   hadisənin "VAZ-2107" markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Cahandar Feyzullayev tərəfindən törədilməsi müəyyən edilmişdir.

27.09.2010 tarixinə olan kriminal məlumatlar