Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xəzər rayonunun Şağan qəsəbə sakini Məmməd Kazımova məxsus avtomaşını qaçırmaqda şübhəli bilinən şəxslər tutulmuşlar

26.09.2010

Sentyabrın 27-də saat 20.00 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində qəsəbə sakini Məmməd Kazımova məxsus "VAZ-21013" markalı avtomaşın qaçırılmışdır. Avtomaşın həmin gün Şağan qəsəbəsinin ərazisində əzilmiş vəziyyətdə tapılmışdır.
Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakinləri Nurlan Cəfərov, Elçin Həsənov və Ayaz Daşdəmirov tutulmuşlar.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.