Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

26.09.2010

Sentyabrın 27-də saat 00.30 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Həsənov idarə etdiyi "VAZ-2105" markalı avtomaşını hasara vurmuş və hadisə yerinə gəlmiş Gəncə ŞPİ-nin əməkdaşları, polis serjantları Xəyal Heydərova və Qafar Nəcəfova polis əməkdaşı olduğunu bildirərək onları təhqir etmişdir.
E.Həsənovun Gəncə ŞPİ əməkdaşlarına təqdim etdiyi polis vəsiqəsinin saxta olması müəyyən edilmişdir.  
Araşdırma aparılır.