Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

21.09.2010

Sentyabrın 22-də saat 19.30 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ağaxan Əsədullayev "VAZ-2107" markalı avtomaşınla Bülbülə qəsəbə sakinləri İradə Səfərovanı, Mehparə Rzayevanı və onun oğlu Malik Səftərovu vurmuş, sonradan isə idarəetməni itirərək avtomaşını divara çırpmışdır. Nəticədə xəsarət almış İ.Səfərova, M.Rzayeva, M.Səftərov, habelə A.Əsədullayev və sərnişini Balaxanı qəsəbə sakini Canəli Əhmədov xəstəxanaya yerləşdirilmişlər. İ.Səfərova orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

21.09.2010 tarixinə olan kriminal məlumatlar