Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etmiş Araz Qəmbərov tutulmuşdur

20.09.2010

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də Ədalət Babaşova bıçaqla xəsarət yetirib 4500 manat pulunu alaraq hadisə yerindən qaçmış Araz Qəmbərov tutulmuşdur.
Anar Qəmbərovun və qardaşı Arazın ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların A.Namazovu bıçaqla hədələyərək 130 manat pul və “VAZ-2104” markalı avtomaşınını, N.Fətullayevi boğmağa cəhd göstərərək 34 manat pul və “VAZ-2107” markalı avtomaşınını, E.Orucovu bıçaqla hədələyərək qızıl boyunbağını, 700 manat pul və “Mercedes” markalı avtomaşınını, habelə Araz Qəmbərovun Ruslan adlı şəxslə birgə S.İbrahimovu bıçaqla hədələyərək 100 manat pulunu almaları müəyyən edilmişdir.

20.09.2010 tarixinə olan kriminal məlumatlar