Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Masallı RPŞ-nə zəng edərək Banbaşı kənd orta məktəbində partlayıcı maddə olması barədə yalan məlumat vermiş şəxs müəyyən edilmişdir

18.09.2010

Sentyabrın 19-da saat 16.30 radələrində naməlum şəxs Masallı RPŞ-nə zəng edərək Banbaşı kənd orta məktəbində partlayıcı maddə olması barədə məlumat vermişdir.
Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, dərhal həyata keçirilən tədbirlər nəticəsində məlumat təsdiqini tapmamışdır.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatın Masallı rayonunun Banbaşı kənd sakini, 17 yaşlı R.A tərəfindən verilməsi müəyyən edilmişdir.
Araşdırma aparılır.

18.09.2010 tarixinə olan kriminal məlumatlar