Sabunçu rayonu B.Bünyadov küçəsində yol-qəza hadisəsi
16.05.2006Saat 04:00 radələrində, Sabunçu rayonu B.Bünyadov küçəsində, Bakı şəhər sakini Ramiz Həsənov "VAZ-2103" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı elektrik dirəyinə vurmuşdur. Nəticədə sərnişinlərdən Elçin Nemətov hadisə yerində ölmüş, digər sərnişin Rail Məmmədov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.