Gün ərzində 35 cinayət faktı qeydə alınmışdır
17.09.2010 Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 35 cinayət faktı qeydə alınmış, onların da 12-i "isti izlər"lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.
- 10 yanğın hadisəsi qeydə alınmış, 2 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 15 nəfər tutulmuşdur.