Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zaqatala rayon sakini İ.Əliyev 36 qram marixuananı satarkən tutulmuşdur

17.09.2010

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi, Qax RPŞ və Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş İ.Əliyev 36 qram marixuananı satarkən tutulmuşdur. İ.Əliyevin evinə və həyətyanı sahəsinə baxış keçirilmiş, bu zaman 117 kiloqram 797 qram marixuana və 223 ədəd marixuana toxumu aşkar edilərək götürülmüşdür. Davam etdirilən tədbirlər nəticəsində İ.Əliyevin Zaqatala Hava Limanının yaxınlığında kultivasiya  yolu ilə yetişdirdiyi, çəkisi 6 kiloqram olan 14 ədəd çətənə kolu da aşkar edilərək götürülmüşdür.