Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xətai rayonu ərazisində kirayədə yaşayan Oqtay Məlikovun qeyri-rəsmi nigah münasibətlərində olduğu Antonina Məmmədova tərəfindən qətlə yetirilməsi müəyyən edilmişdir

14.09.2010

Sentyabrın 14-də Xətai rayonu ərazisində Oqtay Məlikovun meyiti kirayədə yaşadığı mənzildə tapılmışdır.
Meyitin üzərinə baxış zamanı sol qolunun altında kəsilmiş-deşilmiş xəsarətlər aşkar edilmişdir. Aparılmış araşdırma zamanı O.Məlikovun həmin mənzildə yaşayan, qeyri-rəsmi nigah münasibətlərində olduğu Antonina Məmmədova tərəfindən qətlə yetirilməsi müəyyən edilmişdir.
Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məmmədova tutulmuşdur.