Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

14.09.2010

Sentyabrın 15-də saat 21.00 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla Mahmudavar kənd sakini Cəsarət Bağırov vurulmuşdur. Hadisə nəticəsində xəsarət almış C.Bağırov xəstəxanaya yerləşdirilmişdir.
Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “VAZ-2107” markalı avtomaşının sürücüsü, Ərkivan qəsəbə sakini Əlişad Şəmiyev tərəfindən törədilməsi müəyyən edilmiş və o, tutulmuşdur.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.