Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 20 cinayət faktı qeydə alınmışdır

13.05.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 20 cinayət faktı qeydə alınmışdır ki, onların da 15-i "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 5 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.