DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
12.05.2006Əzizbəyov RPİ 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Pirallahı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fuad Xəlilovdan 0,342 qram heroin götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Masallı rayon sakini Ərəstun Məmmədov 0,125 qram heroini satarkən tutulmuşdur.