Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 44 cinayət faktı qeydə alınmışdır

07.09.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 44 cinayət faktı qeydə alınmışdır ki, onların da 31-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 7 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.
  • 24 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 3 nəfər yaralanmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 40 nəfər tutulmuşdur.

07.09.2010 tarixinə olan kriminal məlumatlar