Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağdaş rayonu ərazisində yol-nəqliyyat hadisəsi

07.09.2010

Sentyabrın 8-də saat 23.00 radələrində Ağdaş rayonu ərazisində, rayon sakini Məhəmməd Gözəlovun idarə etdiyi “VAZ-2106” markalı və Aşağı Göynük kənd sakini Seymur Abdullayevin idarə etdiyi “VAZ-21099” markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə M.Gözəlov hadisə yerində ölmüş, xəsarət almış sərnişini, oğlu Vüqar, habelə S.Abdullayev və onun sərnişinləri, Ağdaş rayon sakini Daşqın Hacılı və Mingəçevir şəhər sakini Ruslan Səfərov xəstəxanaya yerləşdirilmişlər.
Ağdaş RPŞ tərəfindən araşdırmalar aparılır.

07.09.2010 tarixinə olan kriminal məlumatlar