Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhərindəki 11-ci mikrorayon ərazisində, avtomaşınların təmiri sexində yanğın baş vermişdir

07.09.2010

Sentyabrın 8-də saat 19.55 radələrində Sumqayıt şəhərindəki 11-ci mikrorayon ərazisində, Habil Abdullayevə məxsus avtomaşınların təmiri sexində yanğın baş vermişdir. Nəticədə orada təmirdə dayanmış Arif Kişiyevə məxsus “VAZ-2109” markalı və Habil Abdullayevə məxsus “Niva” markalı avtomaşınların yanar konstruksiyaları yanmış, A.Kişiyev və H.Abdullayev isə yanıq xəsarətləri almışlar.
Araşdırmalar aparılır.

07.09.2010 tarixinə olan kriminal məlumatlar