Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Siyəzən şəhərində ailə münaqişəsi zəminində qətl hadisəsi baş vermişdir

11.05.2006

Siyəzən şəhərində, A.Mustafayev küçəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1962-ci il təvəllüdlü Minacəddin Dəmirov ailə münaqişəsi zəminində, qızları, 12 yaşlı Vəfanı və 18 yaşlı Nuranəni bıçaqla yaralamışdır. Vəfa aldığı xəsarətdən ölmüş, Nuranə isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır. Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Dəmirov tutulmuşdur.