Gün ərzində 26 cinayət faktı qeydə alınmışdır
10.05.2006Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 26 cinayət faktı qeydə alınmışdır ki, onların da hamısı "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 35 nəfər tutulmuşdur.