Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağstafa rayonunun Ağköynək kəndi ərazisində yol-nəqliyyat hadisəsi

03.09.2010

Sentyabrın 4-də saat 06.20 radələrində Ağstafa rayonunun Ağköynək kəndi ərazisində Türkiyə vətəndaşı Sögüt Coşkun Olmay "Mercedes" markalı, İstanbuldan Bakıya gələn sərnişin avtobusunu idarə edərkən onu qarşıda gedən Qazax rayon sakini Afiq Babacanovun idarə etdiyi "KRAZ" markalı avtomaşına vurmuşdur. Nəticədə C.Söyüd hadisə yerində ölmüş, xəsarət almış sərnişini, Bakı şəhər sakini Oruc İsmayılov isə xəstəxanaya yerləşdirilmişdir.
DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.