Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lənkəran şəhərinin Qumbaşı kəndi ərazisində silahlı insident törətməkdə şübhəli bilinən şəxslərdən 2 nəfəri tutulmuşdur

02.09.2010

Sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran şəhərinin Qumbaşı kəndi ərazisində, "VAZ-2107" markalı avtomaşında olan naməlum şəxslər odlu silahdan atəş açaraq kənd sakinləri Elşən Hüseynovu qətlə yetirmiş, Ramin Ağamoğlanova isə xəsarət yetirmişlər. R.Ağamoğlanov xəstəxanaya yerləşdirilmişdir.  
Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən Masallı rayon sakinləri Emil Bağırov və Ramil Hümmətov tutulmuş, digərlərinin də tutulması üçün ŞRPŞ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

02.09.2010 tarixinə olan kriminal məlumatlar