Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

31.08.2010

Sentyabrın 1-də saat 21.00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Vaqif Məmmədovun idarə etdiyi "Ford" markalı və Ələt qəsəbə sakini Anar Əzizovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə A.Əzizov və sərnişini, Ələt qəsəbə sakini Valeh Gərayev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri, Ələt qəsəbə sakinləri Əziz Əzizov, Elgün Mustafayev, habelə V.Məmmədov və onun sərnişinləri, Biləsuvar rayon sakinləri Kiçikxanım Bünyatova, Zərifə İsmyılova, Cəlilabad rayon sakinləri Pərviz Hümbətov, Rəna Xudaverdiyeva, Lənkəran rayon sakini Eldar Cabbarov və Bakı şəhər sakini Samirə  Zamanova xəstəxanaya yerləşdirilmişlər.
DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.