Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

30.08.2010

Avqustun 31-də saat 03.20 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində Ramana qəsəbə sakini Ramin Vəliyevin idarə etdiyi "Mercedes" markalı və Nardaran qəsəbə sakini İlqar Hüseynəliyevin idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə İ.Hüseynəliyev hadisə yerində ölmüş, xəsarət almış R.Vəliyevə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.