Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi

28.08.2010

Saat 15.20 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində, Bakı şəhər sakinləri Nicat Quliyevin idarə etdiyi "Mercedes" markalı, Qalib Rəsulovun idarə etdiyi "Hyundai" markalı və İlkin Qasımovun idarə etdiyi "BMW" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə İ.Qasımov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri Emil Həsənov, Hindistan vətəndaşı Bint Dandat, habelə Q.Rəsulovun sərnişinləri Tünzalə İbrahimova və Sadiq Həsənov, eləcə də N.Quliyev xəstəxanaya yerləşdirilmişlər. N.Quliyevin vəziyyəti qənaətbəxş, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.