Gün ərzində 26 cinayət faktı qeydə alınmışdır
27.08.2010Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 26 cinayət faktı qeydə alınmışdır ki, onların da 19-u “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 5 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.
- 8 yanğın hadisəsi qeydə alınmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.