Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş Rusiya Federasiyası vətəndaşı Atikat Nuraddinovna Alçaqirova saxlanılmışdır

27.08.2010

Saat 21.00 radələrində Sumqayıt şəhəri ərazisində, müəyyən edilməmiş avtomaşınla N.Z.Tağıyev qəsəbə sakini Yaqub Surxayev vurulmuşdur. Nəticədə xəsarət almış Y.Surxayev xəstəxanaya yerləşdirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "VAZ-21124" markalı avtomaşının sürücüsü Rusiya Federasiyasının vətəndaşı Atikat Nuraddinovna Alçaqirova DYP postunda saxlanılmış və sonrakı araşdırmalar aparılması üçün Sumqayıt ŞPİ-nə təhvil verilmişdir.