Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

24.08.2010

Saat 19.30 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində, kənd sakini Elnur Ağamalıyevin idarə etdiyi "VAZ-2107" markalı və Bərdə rayon sakini Adil İsgəndərovun idarə etdiyi "VAZ-2103" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış E.Ağamalıyev xəstəxanaya aparılarkən yolda ölmüş, A.İsgəndərova və sərnişinləri Şəhla Zeynalova, Sənubər Zeynalova, Lamiyə İsazadə və İsa İsazadə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.