Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etmiş Sumqayıt şəhər sakinləri Ziya Cəbiyev və Emin Hüseynov tutulmuşlar

22.08.2010

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 22-də Şumqayıt şəhəri ərazisində Lift Servis Mərkəzinin nəzdindəki emalatxanadan, qapını sındırmaq yolu ilə liftə aid hissələri oğurlayarkən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ziya Cəbiyev və Emin Hüseynov tutulmuşlar. Z.Cəbiyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari il avqustun 17 və 18-də, şəhərin 13-cü mikrorayonun ərazisində 22 və 3 saylı binaların liftlərindən hissələrini sökərək oğurlaması da müəyyən edilmişdir.