Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi

22.08.2010

Saat 20.15 radələrində Hacıqabul rayonu ərazisində, Bakı şəhər sakini Oqtay Həsənəliyev "VAZ-21099" markalı avtomaşın idarə edərkən onu qarşıda gedən  Şərur rayon sakini Qadir Heydərovun idarə etdiyi "KamAZ" markalı avtomaşına vurmuş, sonradan idarəetməni itirərək qarşıdan gələn Gürcüstan vətəndaşı Rövşən Əzizovun idarə etdiyi "Mercedes" markalı avtobusa dəymişdir. Nəticədə xəsarət almış O.Həsənəliyev və Q.Heydərov xəstəxanaya yerləşdirilmişlər. O.Həsənəliyev orada ölmüş, Q.Heydərova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.