Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yasamal rayonunda yaşayan İsmayıl Allahverdiyevi qətlə yetirmiş Faiq Yəhyayev tutulmuşdur

21.08.2010

Avqustun 22-də saat 00.10 radələrində Yasamal rayonu ərazisində yaşayan, Habil Bayramov tanışı, Faiq Yəhyayevlə birgə sərxoş halda, D.Bünyadzadə küçəsində yaşayan qohumu, İsmayıl Allahverdiyevin evinə zorla girdiklərindən aralarında münaqişə baş vermişdir. Bu zaman F.Yəhyayev, İ.Allahverdiyevə çoxsaylı bıçaq xəsarətləri yetirmiş, H.Bayramov isə qorxduğundan özünü 6-cı mərtəbədən atmışdır. İ.Allahverdiyev aldığı xəsarətlərdən ölmüş, H.Bayramov isə xəstəxanaya yerləşdirilmişdir. Yasamal RPİ 29-cu-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində      F.Yəhyayev tutulmuşdur.