Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İtkin düşmüş Həmidağa Quliyevin qətlə yetirilmiş meyiti Samur-Abşeron kanalından çıxarılmışdır

16.08.2010

Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşmüş Həmidağa Quliyevin avqustun 3-də Maştağa qəsəbəsi ərazisində, qəsəbə sakini Rəsul Babayev tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirilməsi, sonradan R.Babayevin tanışı Oktay Abbasovla birgə H.Quliyevin meyitinin Samur-Abşeron kanalına atılması müəyyən edilmişdir. H.Quliyevin meyiti sudan çıxarılmış, R.Babayev və O.Abbasov tutulmuşlar.