Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

14.08.2010

Saat 16.30 radələrində Qaradağ rayonu ərazisində, Bakı şəhər sakini Elxan Hüseynovun idarə etdiyi "Mercedes" markalı, Beyləqan rayon sakini Rizvan Rəsiyevin idarə etdiyi "Mercedes" markalı və Sumqayıt şəhər sakini Kamran Cəfərovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə hər 2 sürücü və E.Hüseynovun sərnişini, Bakı şəhər sakini Faiq Qaraşov hadisə yerində ölmüş, habelə R.Rəsiyevin xəsarət almış sərnişinləri, Beyləqan rayon sakinləri Aqşin Bayramov, İdris Əlizadə və 55-60 yaşlı qadın xəstəxanaya yerləşdirilmişdir.