Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yasamal rayonu ərazisində avtomaşınların təmiri emalatxanasında yanğın baş vermişdir

14.08.2010

Saat 13.20 radələrində Yasamal rayonu ərazisində, Bakı şəhər sakini Mirzəşərif Yahyayevə məxsus avtomaşınların təmiri emalatxanasında yanğın baş vermişdir. Nəticədə Bakı şəhər sakini Nuranə Quliyevaya məxsus təmirə dayanmış "Opel" markalı avtomaşının yanar konstruksiyaları yanmış, orada işləyən Xırdalan şəhər sakini Fərrux Axundov isə yanıq xəsarəti aldığından xəstəxanaya yerləşdirilmişdir. Araşdırmalar aparılır.