Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Metronun "Elmlər Akademiyası" stansiyasına bomba qoyulması barədə verilmiş məlumat təsdiqini tapmamışdır

14.08.2010

Avqustun 15-də saat 17.11-də, naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə zəng edərək metronun "Elmlər Akademiyası" stansiyasına bomba qoyulması barədə məlumat vermişdir. Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, müvafiq tədbirlər görülmüş məlumat təsdiqini tapmamışdır.