Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Axtarışda olan Oqtay Aslanov, İslam Rzayev və Ramal Yusifov tutulmuşlar

10.08.2010

DİN Baş Cinayət-Axtarış İdarəsi və Cəlilabad RPŞ əməkdaşlarının birgə həyata  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası CM-nin 146.3-cü maddəsi (quldurluq) ilə axtarışda olan Oqtay Aslanov tutulmuşdur.
DİN Baş Cinayət-Axtarış İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının birgə həyata  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası CM-nin 291.3-cü maddəsi (rüşvət vermə) ilə axtarışda olan İslam Rzayev və  RF CM-nin 162.2-ci maddəsi (quldurluq) ilə axtarışda olan Ramal Yusifov tutulmuşlar.