Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Goranboy rayonunun Zazalı kəndi ərazisində yol-qəza hadisəsi

02.05.2006

Saat 11:30 radələrində, Goranboy rayonunun Zazalı kəndi ərazisində, Daşkəsən rayon sakini Musa Məhərrəmov "Daevoo" markalı Qazaxdan Bakıya gələn sərnişin avtobusunu idarə edərkən, onu qarşıda gedən Xanlar rayon sakini Bahadur Verdiyevin idarə etdiyi "VAZ-21011" markalı avtomaşına vurmuşdur. Sonradan avtobus yoldan çıxaraq aşmışdır. Nəticədə xəsarət almış M.Məhərrəmov və avtobusun 11 sərnişini xəstəxanaya yerləşdirilmişdir. Onlardan Vəkil Ədilov orada ölmüş, 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, Qənirə Əzizova və Xurşud Zamanovanın vəziyyətləri isə qənaətbəxşdir.