Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilmişdir

10.08.2010

Sabirabad RPŞ əməkdaşlarının həyata  keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ulacalı kənd sakinləri Müşfiq İbrahimovun və Adəm İbrahimovun həyətyanı sahələrində kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 89 kiloqram olan 218 ədəd çətənə kolu aşkar edilmişdir.
Nizami (Gəncə) RPŞ əməkdaşlarının həyata  keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Xudayar Məmmədovun  həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 200 kiloqram olan 75 ədəd çətənə kolu aşkar edilmişdir.