Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı-Horadiz qatarında partlayıcı qurğu olması ilə bağlı məlumat təsdiqini tapmamışdır

05.08.2010

Avqustun 6-da Bakı Dəmir Yolu Stansiyasında, Şəki şəhər sakini Yusif Əhmədov ucadan qışqıraraq Bakı-Horadiz qatarın 5-ci vaqonunda partlayıcı qurğu quraşdırdığını bildirmişdir. DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən qatarının 5-ci vaqonu yoxlanılmış, heç bir partlayıcı qurğu və şübhə doğuran əşya aşkar edilməmişdir. Dərhal polis tərəfindən yaxalanan Y.Əhmədov izahatında həmin qatarda gedən dostu Cəbrayıl rayon sakini Tural Hüseynovla zarafat etdiyini bildirmişdir.

05.08.2010 tarixinə olan kriminal məlumatlar