Bakı şəhər sakini Afərin Ağayev "Rivatil" və "Fenobarbital" həblərini qanunsuz satarkən tutulmuşdur
01.05.2006Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Zığ qəsəbəsində qeyri-qanuni fəaliyyət göstərən aptekdə, Bakı şəhər sakini Afərin Ağayev 19 ədəd "Rivatil" və 40 ədəd "Fenobarbital" həblərini qanunsuz olaraq 76 min manata satarkən tutulmuşdur. Aptekə baxış zamanı qeyri-qanuni saxlanılan 65 həb "Fenobarbital" psixotrop tərkibli dərmanlar və 30 qram kalium permanqanat prekursorları aşkar edilərək götürülmüşdür.