Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

01.08.2010

Saat 19.30 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində, Qazax rayon sakini Rəşid Rəfiyevin idarə etdiyi "AZ RİRT" şirkətinə məxsus "Mantga" markalı, Buzovna qəsəbə sakini Yavər Mereyevin idarə etdiyi "Mercedes" markalı və Bakı şəhər sakini Kamran Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, K.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.