Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonu ərazisində A.Məmmədovu döymüş və Ə.Xəlilovu bıçaqla hədələyərək 10 manat pulunu almış şəxslərdən biri tutulmuşdur

31.07.2010

Avqustun 2-də saat 01.00 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Əli Xəlilovun idarə etdiyi "Daewoo" markalı avtomaşınına sərnişin qismində oturmuş 2 naməlum şəxslə sürücü və onun dostu Azad Məmmədov arasında münaqişə baş vermişdir. Bu zaman onlar A.Məmmədovu döyərək avtomaşından düşürmüş, Ə.Xəlilovu bıçaqla hədələyərək 10 manat pulunu almışlar. Sonra onu arxa oturacağa oturdaraq hadisə yerindən uzaqlaşmışlar. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş  Elşən Qırxlarov tutulmuş, digər şəxsin tutulması üçün tədbirlər davam etdirilir.

31.07.2010 tarixinə olan kriminal məlumatlar