Bakı-Qazax yolunun Ağsu rayonu ərazisində yol-qəza hadisəsi
30.04.2006Saat 11:00 radələrində, Bakı-Qazax yolunun Ağsu rayonu ərazisində, Pirhəsənli kənd sakini Müşfiq Qədirovun idarə etdiyi "QAZ-2752" markalı və Salyan şəhər sakini Fətəli Manafovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə F.Manafovun sərnişini, Salyan rayon sakini Rauf Mirzəyev hadisə yerində ölmüş, onun özü və digər sərnişini, Salyan rayon sakini Böyükağa Musayev isə xəsarətlə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.