Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Salyan rayonu ərazisindəki balıqçılıq təsərrüfatından 3 tonadək dəmir künclük oğurlamış şəxslər tutulmuşlar

31.07.2010

İyulun 31-nə keçən gecə, Atbulaq kəndinin ərazisində, kənd sakini, Əhmədov Mübariz Soltan oğlunun idarə etdiyi "MAZ" markalı Az-30-AC-234 №-li avtomaşın nəzarət qaydasında saxlanılmışdır. Avtomaşına baxış zamanı orada 3 tonadək dəmir künclük aşkar edilmişdir. Araşdırmalar zamanı künclükləri, Salyan rayonu Xıdırlı kəndinin ərazisindəki fəaliyyət göstərməyən balıqçılıq təsərrüfatından M.Əhmədov, həmkəndliləri, 1972-ci il təv. Məmmədov Rəsul Məhəmməd oğlu, 1981-ci il təv. Fərhadov Mahir Nizaməddin oğlu və 1977-ci il təv. Qəhrəmanov Sərvər Əliqardaş oğlu tərəfindən oğurlanması müəyyən edilmişdir. Onlar Hacıqabul RPŞ əməkdaşları tərəfindən tutulmuşlar.

31.07.2010 tarixinə olan kriminal məlumatlar