Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİN-nin "102- Zəng Mərkəzinə" zəng vuraraq yalan məlumat verməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar

31.07.2010

Saat 22.25 radələrində naməlum şəxs Nərimanov rayonu ərazisindən taksofondan DİN-nin "102- Zəng Mərkəzinə" zəng vuraraq "Təbriz küçəsində yerləşən Nəriman Nərimanov adına istirahət parkına bomba qoyulub" deyərək dəstəyi asmışdır. Məlumat təsdiqini tapmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində zəng etməkdə şübhəli bilinənlər tüfeyli həyat tərzi keçirənlər Vüqar Bayramov, Sərxan Əsədullayev, Qalib Yusifov, Səxavət Quliyev və İnşallah Bəkirov saxlanılaraq Nərimanov RPİ 18-ci PB-nə gətirilmişlər. Araşdırmalar aparılır.

31.07.2010 tarixinə olan kriminal məlumatlar